Yoqlar deyirlər: “Tənəffüs – həyatdır!”. Düzgün tənəffüs yoqada uğur qazanmaqda əsas rol oynayır. Əgər biz asanaları yalnız fiziki cəhətdən yerinə yetirəriksə, tezliklə qəlbimizdə şübhələr oyana, inamsızlıq yarana bilər: yaxşıdır, yoxsa pis, bacararammı, yoxsa bacarmaram… Hərəkətləri tənəffüslə sinxronlaşdıraraq biz zədələrdən qorunur, yoqa duruşlarının effektivliyini artırmış oluruq.
Yoqa ilə müalicənin əsasını nəfəsə nəzarət yoqası təşkil edir. Çünki nəfəs nəzarət altında olduqda ürək döyüntüləri də sakitləşərək nəzarət altına düşür. Bəzi xüsusi texnika və qaydalara riayət edərək həyata keçirildikdə nəfəsə nəzarət yoqası böyük müalicəvi əhəmiyyətə malik olur. Bunun üçün aşağıdakılar məsləhət görülür:
- Yoqa ilə məğul olmaq istəyən insan mütləq bu müalicə üsulunu səmimi olaraq qəbul etməli və ondan zövq almağı bacarmalıdır. Əks halda bu müalicə əzablı bir prosesə çevrilə bilər.
- Nəfəsalma tapşırıqlarını yerinə yetirərkən onurğa sütunu tarıma çəkilmiş, düz saxlanmalıdır.
- Texnika və qaydaların ardıcıllığına diqqət yetirilməlidir.
- Çoxpilləli yoqanı bütövlüklə yerinə yetirə bilməsəniz də, təkcə nəfəsalma və başqa sadə tapşırıqlara əməl etməklə müalicədən xeyli səmərə görəcəksiniz.
- Bu tapşırıqlarla səhərlər, təmiz havada (təbiət qoynunda olsa, daha yaxşı olar), ac qarına, sidik kisəsini və yoğun bağırsağı qabaqcadan boşaltmaqla məşğul olmaq lazımdır.
- Əgər hərəkətləri yerinə yetirə bilmirsinizsə, həvəsdən düşməyin. Zamanla bədəniniz hərəkətlərə uyğunlaşacaq və daha çətin təmrinləri yerinə yetirə biləcəksiniz.
Növbəti günlərdə müxtəlif yoqa hərəkətləri barədə dərslər saytımızda dərc olunacaq.
Leave a Reply
You must be logged in to post a comment.