Home » Blog » Vegetarian » Vegetarianların düzgün qidalanmamasının nəticələri

Vegetarianların düzgün qidalanmamasının nəticələri

VegetarianVegetarian olmaq həmişə sağlam həyat tərzi yaşamaq demək deyil. Vegetarianlar qidalanmalarına xüsusi diqqət yetirmədikləri təqdirdə bir sıra xəstəliklərə düçar ola bilərlər.

  • Əgər vegetarianlar düzgün qidalanmazsa bu, dəmir azlığına səbəb olar. Bunun da nəticəsində qansızlıq özünü göstərər.
  • Veqan kəslərdə B12 vitamininin çatışmazlığı da qansızlığa səbəb olar və sinir sistemində ağır fəsadlar yarada bilər.
  • Yetkin vegetarianlar, böyümə ərəfəsindəki uşaqlar və gənclər süd və süd məhsullarından istifadə etməsələr kalsium əskikliyi nəticəsində sümüklərində problemlər yarana bilər.
  • Düzgün qidalanmadıqda, B12 vitamini kifayət qədər qəbul edilmədikdə homososistein artar. Bununla da ürək-damar xəstəlikləri özünü büruzə verər.
  • Kifayət qədər protein qəbul edilmədikdə, əzələ problemləri yarana bilər.

Həmçinin bax: Vegetarian qidalanmanın 6 tibbi faydası

İnstagram səhifəmizi izləyərək mütəmadi postlardan xəbərdar olun

Leave a Reply