
Günümüzdə veqanlıq onlarla mifə bülənib və biz onlardan ən populyar olanları alt-üst etmək qərarına gəldik.
-
“Veqanlar yalnız ot yeyirlər”
Salatlar, göyərti, yabanı bitkilərdən əlavə hər bir veqanın rasionunda sıyıq, meyvə, tərəvəz və soyakimilər fəsiləsindən olan bitkilər də olur. Həmçinin qoz-fındıq, kokos, yulaf və soya südü, bütün mümkün yağlar və toxumlar da çox populyardı. Veqanların ərzaq zənbilinə baxsaq, orada yerli meyvəköklü bitkilər və meyvələr görmək olar – bir çox veqanlar belə bir düşüncəyə malikdirlər ki, evdən elə də uzaq olmayan yerlərdə bitən hər şeyi yemək olar.
Kalsiumla zəngin meyvə və tərəvəzlər
Əlbəttə, rasionda ətyeyənlər üçün olduqca qeyri-adi hesab olunan yeməklər də olur. Misal üçün, vitqras – buğdanın cücərtilərindən hazırlanmış şirə, xlorella və ya spirulin, böyük miqdarda müxtəlif yosun növləri. Bu cür əlavələrin köməyilə veganlar həyat üçün əhəmiyyətli olan amin turşuları əldə edirlər.
Nəticə. Veqanların ərzaq zənbili rəngarəngdir, veqan yeməklərinin bolluğu və veqan mətbəxinin artan populyarlığı ondan xəbər verir ki, bu cür adamların qida azlığı ilə bağlı problemləri yoxdur.
Leave a Reply
You must be logged in to post a comment.