Home » Blog » Sağlamlıq » Vegetarian qidalanmanın 6 tibbi faydası

Vegetarian qidalanmanın 6 tibbi faydası

Vegetarian qidalanmaVegetarian qidalanma


Vegetarianizmin sağlamlıq baxımından faydaları aşağıdakılardır:

  • Vegetarian qidalanma ürək-damar xəstəlikləri riskini azaldır. Ürək xəstəliyinə vegetarianlara nisbətən ət yeyənlərdə 30% daha çox rast gəlinir.
  • Vegetarian şəxslərdə ət yeyənlərə nisbətdə hipertoniya riski olduqca aşağıdır. Buna səbəb vegetarianların qidasında yağ və xolesterolun az, kalium, kalsium, maqneziumun çox olmasıdır.
  • Vegetarianlar ət və ət məhsulları ilə qidalananlara nisbətən xərçəng xəstəliyinə daha az yoluxurlar. Vegetarian qidalanmada paxla, qoz, fındıq, meyvə və tərəvəzlər üstünlük təşkil edir. Bu qidalar da xərçəng xəstəliyi riskini azaldan vitaminlərlə zəngindir (E vitamini, C vitamini, karotenoidlər və s.)
  • Osteoparoz – skeletin metabolik xəstəliyi olub, sümük toxumasının zədələnməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlikdir. Osteoparozun əsas fəsadı kiçik travmalar zamanı belə sınıqların yarana bilmə təhlükəsidir. Ətlə qidalanan kəslərdə bu xəstəlik özünü daha çox büruzə verir. Çünki ətin tərkibində yüksək miqdarda protein var və çox miqdarda ət yemək sümüklərin tərkibindəki kalsiumun azalmasına səbəb olur. Vegetarianlar kifayət qədər az yağlı süd məhsulları qəbul etsələr, bu xəstəliyə yoluxma riski azalmış olar.

  • Vegetarianların qidası liflərlə zəngindir. Yüksək miqdarda lifli qidalar qəbul edənlər diabet xəstəliyinə daha az yoluxurlar. Qeyd etmək lazımdır ki, bitki mənşəli qidalar liflə zəngin olduğundan qəbizliklə mübarizədə də olduqca faydalıdır.
  • Vegetarianlarda böyrək daşının yaranması riski aşağıdır.
Həmçinin bax: Vegetarianizmin növləri

İnstagram səhifəmizi izləyərək mütəmadi postlardan xəbərdar olun
Facebook səhifəmizi izləyərək mütəmadi postlardan xəbərdar olun

Leave a Reply