Home » Blog » Vegetarian » Vegetarian hamilə qadınlar nəyə diqqət etməlidir?

Vegetarian hamilə qadınlar nəyə diqqət etməlidir?

hamiləVegetarian olsa da olmasa da, hamilə qadınlar və südverən analar qidalanmalarına xüsusi diqqət yetirməlidir. Hamiləlik dövründə də körpəlik, uşaqlıq, yeniyetməlik dövrlərində olduğu kimi bədən enerji və proteinə ehtiyac duyur. Hamilə qadınların gündəlik 300 kalori, süd verən anaların isə əlavə 500 kaloriyə ehtiyacları var. Vitamin və minerallarla zəngin, az yağlı və şəkərli qidalara üstünlük verilməlidir.

Vegetarian qidalanma hamilə qadınlara həm müsbət, həm də mənfi təsir göstərə bilir.

Vegetarian qidalanma zamanı yüksək miqdarda fol turşusu qəbul edildiyi üçün hamilə qadınlar üçün olduqca faydalıdır. Fol turşusu körpənin sinir sisteminin inkişafı üçün son dərəcə labüddür. Bitki mənşəli qidalar fol turşusu ilə zəngindir: yaşıl yarpaqlı tərəvəzlər; paxlalılar, meyvələr, buğda və s. Vegetarianlar daha çox fol turşusu qəbul etsə də, həkimlə məsləhətləşmək daha yararlıdır.

Hamilə qadınlar kifayət qədər Kalsium qəbul etmələri üçün, gün ərzində ən az 4 porsiya Kalsiumla zəngin qidalar qəbul etməlidirlər (Kalsiumla zəngin meyvə və tərəvəzlər). Lakto-vegetarianlar və lakto-ovo vegetarianlar süd və süd məhsulları istifadə etdikləri üçün kifayət qədər Kalsium qəbul etmələri daha rahatdır (Vegetarianizmin növləri) Bildiyimiz kimi, hamiləlik və südvermə dövründə ana kifayət qədər Kalsium qəbul etmirsə, bədəndə mövcud olan Kalsium körpə tərəfindən istifadə olunur. Bununla da ananın dişlərində və sümüklərində xəstəliklər yarana bilər.

Hamiləlik və südvermə dövrü ərzində kifayət qədər B12 vitamini qəbul edilməlidir. B12 vitaminini ehtiyacını yumurta, süd və süd məhsullarını kifayət qədər qəbul etməklə ödəmək mümkündür. Bu vitaminin əskikliyi həm ana, həm də körpənin sağlamlığına zərər verə bilər. Veqan qidalanırsınızsa, Kalsium ehtiyacını digər qidalarla əldə etməli, eyni zamanda həkimlə məsləhətləşməlisiniz. (Kalsiumla zəngin meyvə və tərəvəzlər).

Unutmayın:

  • Hamiləlik və südvermə dövründə bədənin bütün qida maddələrinə ehtiyacı daha da artır;
  • Hamiləlik və südvermə dövründə düzgün qidalandığınızdan əmin olmaq üçün həkimlə məsləhətləşin;
  • Həftə ərzində 2-3 dəfə, hər dəfəsində 15-20 dəqiqə üzünüzü və əllərinizi günəş şüalarının altında saxlasanız (günəş pik həddə olmadığı saatlarda) bədəniniz kifayət qədər D vitamini qəbul edəcəkdir.

Müəllif: Dos. Dr. Efsun Karabudak (Vegetarian qidalanma)


Həmçinin bax: Vegetarian olmaq üçün 14 səbəb

Facebook səhifəmizi izləyərək mütəmadi postlardan xəbərdar olun

Leave a Reply