Meksika qidalandırıcı salatı / Мексиканский питательный салат
Tərkibi:
- 1 fincan qaynadılmış lobya (istənilən, bankadan da olar)
- 1 fincan qaynadılmış kinoa (And dağlarından olan yarma)
- 1 fincan qarğıdalı
- Bir fincanın yarısından qaynadılmış qonur düyü (istəyə uyğun)
- 1 avokado
- 1 pomidor
- 2 xörək qaşığı zeytun yağı
- 1 xörək qaşığı balzamik sirkə
- Faraş çili istiotu – istəyə uyğun
- Duz, istiot – istəyə uyğun
- Cəfəri, keşniş, göy soğan – istəyə uyğun
Resept:
Avokadonun tumunu və lətini çıxarın. Avokado və pomidoru kub şəklində doğrayın. Böyük qabda lobya, qarğıdalı, kinoa, düyü, avokadonu və pomidoru bir yerə qatın. Kiçik qabda yağ, sirkə, duz, istiot və dairəvi şəkildə kəsilmiş çili istiotunu bir yerdə qatışdırın. Salatı hazırlayın. Yaxşıca qarışdırın.
Göyərti ilə bəzəyib, süfrəyə verin.
Leave a Reply
You must be logged in to post a comment.