Yemək bişirməyə həvəsiniz yaxud vaxtınız olmadıqda hazır yemək almaq əvəzinə Avokadolu sendviç reseptindən istifadə edə bilərsiniz.
Lazım olan ləvazimatlar:
- Avokado
- Noxud
- Keşniş
- Yaşıl soğan
- Limon
- Duz
- İstiot
Hazırlanması
Noxudu bişirin (istəsəniz qabığını təmizləyin). Təmizlənmiş avokado və noxudu birlikdə əzin, üzərinə doğranmış yaşıl soğan və keşniş əlavə edin, sonda isə zövqə görə duz, istiot və limon suyu əlavə edin.
Miqdarı özünüz müəyyən edə bilərsiniz.
Həmçinin bax: Gündəlik nə qədər protein qəbul etməliyik?
Olduqca qısa müddətə hazır olduğu üçün sendviçi səhər tezdən də rahatlıqla hazırlaya bilərsiniz. Özünüzlə universitetə apara bilər, yaxud övladınızın məktəb çantasına qoya bilərsiniz.
Leave a Reply
You must be logged in to post a comment.