Home » Blog » Vegetarian » Gündəlik nə qədər protein qəbul etməliyik?

Gündəlik nə qədər protein qəbul etməliyik?

Protein, insan sağlamlığı üçün olduqca labüddür. Proteinlər, hüceyrələrin bərpası və yaranması, əzələ, sümük, qan və hormonları qorumaq və inkişaf etdirmək üçün istifadə olunan amin turşularından ibarət böyük molekullardır.

Bədənimizin protein istehsalı üçün 22 amin turşusuna ehtiyacı vardır və bunların bəzilərini qidalarla qəbul etməliyik, çünki bədənimiz bu turşuları özü yarada bilmir. Bunlara əsasi amin turşuları deyilir. Bitki mənşəli qidalar bu amin turşuları ilə zəngindir.

Bəs gündəlik olaraq nə qədər proteinə ehtiyacımız var? Bunu hesablamaq üçün çəkinizi (kq) 800-ə bölün.
 
Həmçinin aşağıdakı sxemdən yaş və cinsinizə uyğun olaraq gündəlik nə qədər proteinə ehtiyacınız olduğunu müəyyən edə bilərsiniz.
Qrup Lazım olan miqdar (q)
0 – 6  ay arası uşaqlar 9.1
7 ay – 1 yaş arası uşaqlar 11
1 – 2 yaş arası uşaqlar 13
4 – 8 yaş arası uşaqlar 19
9 – 13 yaş arası uşaqlar 34
14 – 18 yaş arası oğlanlar 52
19 yaşdan yuxarı kişilər 56
14 yaşından yuxarı qadınlar 46
Hamilə və südverən qadınlar 71

 

Mənbə: 2002 ABŞ Milli Elmlər Akademiyası


Növbəti məqalədə proteinlə zəngin qidalardan bəhs edəcəyik


Həmçinin bax: Kalsiumla zəngin meyvə və tərəvəzlər

Facebook səhifəmizi izləyərək mütəmadi postlardan xəbərdar olun

Leave a Reply