Home » Blog » Yoqa » Ayaqları divara söykəmək – Viparita Karani

Ayaqları divara söykəmək – Viparita Karani

Ayaqları divara söykəməkAyaqları divara söykəmək yoqada Viparita Karani adlanır. Olqudca rahat olan bu hərəkəti evdə hər kəs edə bilər. Müalicəvi təsirləri aşağıdakılardır.

  • Ayaqlarda su toplanmasının qarşısını alır.

Əgər ayaqlarınızda şişlik olursa, bu, qan dövranı problemi ilə əlaqədar ola bilər. Həmçinin, böyrəklərdə problemlər, ürək xəstəlikləri, artıq çəki, qəbul edilən bəzi dərmanlar, düzgün qidalanmama ayaqlarda şişliyə səbəb ola bilər. Bu pozisiyanı tətbiq etdikdə ayaqlarda yığılan maye hərəkət edər və özünüzü daha rahat hiss etməyinizə kömək olar.

  • Yorulan ayaqların dincəlməsinə kömək edir.

Gün ərzində ayaqlarımıza çox yük düşür və əsasən axşamlar ağırlıq hiss edirik. Ayaq və ombada hiss edilən ağırlıqdan yaxa qurtarmağın ən rahat yolu ayaqları yuxarı qaldırmaqdır.

  • Həzmə kömək edir.

Ayaqları yuxarıya doğru qaldırdıqda bədənimizdəki mayelər hərəkət edir və həzm prosesini sürətləndirir. Eyni zamanda bağırsaqların fəaliyyəti sürətlənir, bu da qəbizlikdən yaxa qurtarmağa kömək edir.

  • Sinir sistemi üçün olduqca faydalıdır.

Bu yoqa pozisiyası daha yaxşı nəfəs almağımıza kömək edir. Bununla ciyərlərimizə daha çox hava daxil olur. Daha sakit və ritmik şəkildə nəfəs alınıb-verilir. Bu da sinir sistemimizə müsbət təsir göstərir. Pozisiyaya davam edərkən əzələlərinizdə olan gərginliyin azaldığını hiss edə bilərsiniz.

  • Zehni gərginlikdən xilas olmağa kömək edir.

Bu hərəkəti gündəlik olaraq 20 dəqiqə ərzində edə bilərsiniz. Fiziki olaraq yüngüllük hiss edəcəksiniz və bu sizin zehni olaraq da yüngülləşməyinizə kömək edəcək. Çünki bu hərəkət zamanı beynimiz daha çox oksigen qəbul edir.

İndi isə bu pozanın necə düzgün edildiyinə nəzər yetirək:

Tarazlı şəkildə pozisiyada qalmaq üçün belinizin aşağısındakı çuxur hissəyə balaca yastıq qoyun. Daha sonra ayaqlarınızı şaquli olaraq yuxarı qaldırın və divara söykəyin. Qollarınızı yana uzadın. 15-20 dəqiqə ərzində bu vəziyyətdə qalın. Rahat və dar olmayan paltarlar geyinin ki, bədəninizdə qan dövranını çətinləşdirməsin.

Mütəmadi olaraq bu hərəkəti etsəniz, faydasını zamanla daha çox görərsiniz.

Əgər belinizdə yaxud kürəyinizdə problem varsa, bu hərəkəti etməməyiniz məsləhətdir.

Həmçinin bax: Yoqaya yeni başlayanlar üçün məsləhətlər


İnstagram səhifəmizi izləyərək mütəmadi postlardan xəbərdar ola bilərsiniz

Leave a Reply