
Vegetarian olmağın sağlamlıq üçün faydaları
- Əgər vegetariansınızsa, artıq çəkidən xilas olmağınız və çəkinizi normada saxlamağınız daha asandır.
- Vegetarianlar digərləri ilə müqayisədə 22% daha az xəstəxanaya baş çəkirlər.
- Vegetarian insanlar daha fitdirlər. Dünyanın ən uğurlu atletlərinin əksəriyyəti vegetariandır.
- Bu danılmaz bir faktdır ki, vegetarianlar ruhi olaraq daha dincdirlər. Onların yaddaşları daha güclüdür.

Heyvanlarla dost olmalı ya onları yeməli?
- Hər saniyə minlərlə heyvan işgəncələrə məruz qalır, əzab verilir. Ən yaxşı halda isə öldürülür. Sadəcə bir vegetarian belə bu qətliamın azalmasına kömək edə bilər.
- Ət yeyən bir insan bütün ömrü boyunca 36 ədəd donuz, 36 ədəd qoyun, 750 ədəd toyuq yeyir. Bu qədər qətliama şərik olmağa hələ də razısan?!
- Heyvanlar da insanlar kimi hiss edilər – Onlar da ağrı və qorxunun nə olduğunu bilirlər.
Ət yeməyin zərərləri nələrdir?
- Hər il milyonlarla zəhərlənmə faktı qeydə alınır ki, bunların da böyük əksəriyyəti ətli qidalar ucbatından baş verir.
- Yağlı ət qəbul etmək, infarkt və xərçəng riskini artırır.
- Ət yeyən insanlar arasında bu kimi xəstəliklər daha geniş yayılmışdır – qansızlıq, sinə xərçəngi, prostat xərçəngi, diabet, yüksək təzyiq, həzm problemi xəstəliyi, obezite və s.
- Qəbul etdiyiniz sosis və kolbasaların tərkibində üyüdülmüş heyvan bağırsaqları ola bilər…

Əlavə olaraq deməkdə fayda var:
- İnsan bədəni üçün labüd olan protein, vitamin və mineral maddələr ətdən başqa qida maddələrində də mövcuddur.
- İnsanlar lazımi vitaminləri qəbul edə bilsinlər deyə heyvanları kəsib yeyir. Amma başa düşmürlər ki, həmin heyvanlar bitkilərlə qidalanır.
Təbii ki siyahını uzatmaq olar – əgər istəsən!
Facebook səhifəmizi izləyərək mütəmadi postlardan xəbərdar olun

Leave a Reply
You must be logged in to post a comment.